81
kimi olar, bədənin üzvləri kobudlaşar. Buna görə iki gündən bir
hamama getmək lazımdır.
Qışda və yayda hamama getdikdə əvvəlcə soyuq otaqda biraz otur
ki, təbiətin oranın havasına öyrəşsin, sonra orta otağa keçib bir qədər
də burada otur ki, o otaqdan da fayda götürmüş olasan, sonra isti otağa
get, orada da bir az otur ki, bədənin istiyə alışsın. Hamamın istisi sənə
təsir edəndə xəlvətxanaya gedib, orada başını yu. Gərək hamamda
çox qalmayasan, öz üstünə çox isti və çox soyuq su tökməyəsən, ilıq
yaxşıdır. Hamam xəlvət olsa, böyük xoşbəxtlikdir. Alim adamlar boş
hamamı bütün qənimətlərdən qiymətli hesab edirlər. Hamamdan
çıxdıqda saçını yaxşı-yaxşı qurutmalısan, sonra dışarı çıxa bilərsən.
Saçın yaş yola düzəlmək nə ağıllı adamlara, nə adlı-sanlı adamlara
yaraşar. Hamamdan saçı yaş çıxıb böyük adamların yanına getmək
yaramaz, bu tərbiyəsizlik sayılar.
Hamamın xeyri və ziyanlarının hamısını dedim. Vəssalam.
Lakin hamamda su və pivə içməkdən özünü qoru, çox zərərlidir.
Nəticədə, bədən boşluqlarında su yığılması xəstəliyinə səbəb olar.
Əgər xumarlığın varsa, onu yatırmaq üçün bir az içmək olar, bunun
zərəri azdır.
HAMAMA GETMƏK QAYDALARI HAQQINDA