90
rəva görürsünüz, çövkan oynamağı mənə rəva görmürsünüz?” Əzhər
cavabında deyir: “Ona görə ki, bizim iki gözümüz vardır, əgər top
gözümüzə dəysə, bir gözümüz kor olar, bir gözümüz qalar və bununla
işıqlı dünyanı görə bilərik, sənin isə bir gözün vardır, bədbəxtlikdən
əgər top o gözünü də çıxartsa, gərək Xorasan əmirliyinin fatihəsi
oxunsun”. Əmr Leys deyir: “Bütün eşşəkliyinə baxmayaraq düz
deyirsən, söz verirəm ki, nə qədər sağam, topa əl vurmayam”.
Əgər ildə iki dəfə çövkan oynamağa həvəs göstərsən, razı qalaram.
Lakin at üstündə çox oynamaq lazım deyil, qorxusu var. Top vurmaq
üçün süvarilərin sayı səkkizdən artıq olmamalıdır. Sən meydanın bu
başında dur, bir nəfər də o başda dursun, altı nəfər isə ortada top
vursun. Top sənin tərəfinə gələrsə, onu vurub geri qaytar və atı da o
qədər çap, lakin qarmaqarışıqlığa soxulma ki, həm sədəmədən özünü
qoruyasan, həm məqsədə çatmış olasan. Böyük adamların çövkan
oynamaq qaydaları bundan ibarətdir, kömək isə Allahdandır.
ÇÖVKAN OYUNU HAQQINDA