14
Bu gün onun qəlbi yəqinlik gözü ilə
Sabahın hökmdarının əhvalını müşahidə edir
Mahmud əl-Qəznəvi (Allah onun ömrünü və hakimiyyət dövrünü uzun etsin)
bu şərafətli fənnə rəğbət bəsləyir. Deməli, musiqi haqqında bir risalə vacib
və lazımdır. Buna əsaslanaraq bu dəyəri az, günahı isə çox olan bəndə həmin
risaləni ərəb və yunan dilindən rəvan fars dilinə nəql edib köçürtdü, on bab,
müqəddimə və xatimə şəklinə saldı və
Behcətür-ruh
1
adlandırdı ki, əlahəzrətin
zəhmətini sevinclə zinətləndirsin və fəzilət sahiblərinin ehtiyaclarını ödəməkdə
faydalı və işlərinə yararlı olsun. Haqqın və peyğəmbərin xatirinə qəbul olun-
masına ümidvarıq.
Birinci bab.
Bu elmin mənbəyi haqqında.
İkinci bab.
Bəzi din alimlərinin
söylədikləri fikirləri haqqında.
Üçüncü bab.
Bu elmin insanın vücuduna olan
təsiri haqqında.
Dördüncü bab.
Bu elmin yeddi göy cismi və yer kürəsilə əlaqəsi
haqqında.
Beşinci bab.
Üsul bəhrləri və hər birinin zərb hesabı ilə hərəkətləri
haqqında.
Altıncı bab.
Bu elm haqqında nəzm dili ilə.
Yeddinci bab.
Pərdənin
Ütarid
2
ilə Zöhrənin
3
hərəkətlərinə müvafiq düzəlməsi haqqında.
Səkkizinci
bab.
Hər kəsin harada və hansı nəğməni oxumalı olduğu haqqında.
Doqqu-
zuncu bab.
Pərdənin hərəkəti, yəni bir pərdə ilə digər pərdənin arasında neçə
bangın olması haqqında.
Onuncu bab.
Bu fənn sahiblərinin camaatla necə rəf-
tar etməli olduqları haqqında.
Müqəddimə.
Hər muğamın, avazın, guşənin,
şöbənin və pərdənin nədən əmələ gəlməsi haqqında.
Xatimə.
Pərdələrin göy
cisimləri və dörd fəsil ilə əlaqəsi haqqında.
1
Behcətür-ruh – ruhoyadan, ruhun sevinci, zərifliyi
2
Ütarid – Merkuri planeti
3
Zöhrə –Venera planeti