50
üzünü çevirib dünya və axirət səadətini tapsın və özünü Üst Məclisdə müşahidə
edərkən qaranlıq rəngini xatirələr səhifələrindən silib tələb olunanı açıq-aşkar
görə bilsin. Bu şərafətli risalənin yazılmasında torpağa bənzər və zərrə qədər
dəyərsiz bəndənin məqsədi günlər keçdikcə şövq vadisində tamamilə özlərini
itirmiş bir çoxlarını tez bir zamanda yenidən yola gətirib zəlalətdən nicat tap-
maları xatirinə O gecə ilə gündüzü yaradan Paklıq Sahibinin adını zikr etmək
haqqında düşünməyə çağırmaqdır.
Bundan başqa, nitq və bəlağət sahiblərinə günəş kimi aydındır ki, söz
ustadı Həkim Ərzəqi buyurmuşdur.
Şeir:
Qəlbdəki məhəbbətə ruh sevindi,
Ağlın coşmasından ruh oynadı.
İstədiyi tələb olunan və maraqlandırandır.
Sözümü kəsə bilməyib cavabdan yayındı
1
.
Beyt:
Musiqi Davudun nəğmələridir
2
,
Onu anlayan isə Süleymandır
3
.
Bu uca və şərafətli elmdən ağıllanıb bəhrələnməmək ancaq adamın sar-
saqlığından, cahilliyindən və səfehliyindən irəli gələ bilər. Yüksəkməqamlı
məliklərin gözəl söhbətlərinə üzüqara olmayıb müdaxilə etmək də yalnız bu
şərafətli elmin vasitəsilə mümkündür, çünki bu dünyada yaşayan ağıl sahib-
lərindən, istər kişi olsun, istər qadın, eləsi tapılmaz ki, ondan faydalanmasın.
Əyləncə ustaları bu elmin qədrini bilməli və onu əziz tutmalıdır. Üç tayfanı
bu elmdən uzaq tutmaq lazımdır ki, onu kiçildib axırına çıxmasınlar. Birinci,
suq əhli, başqa sözlə, bazar camaatı, yəni, qazanc əldə edənlər. İkinci, cahillər,
avam adamlar, fəqihlər və vaizlər tayfası, eləcə də qadınlar və yoxsul qulamlar.
Üçüncü, hüməqa tayfası ki, axmaqlardır, Qur’anı düz oxumayanlar, məkrli
insanlar və qazılar, çünki adıçəkilən tayfanın təbiətində lətafət çatmır və onla-
rın dərk etmə qabiliyyəti də çox zəifdir. Bundan başqa, bu elm heç də kəsb
etməklə hasil olan elmlərdən deyil, onu öyrənmək üçün bəlkə də tədqiqatlar
aparmaq yolu ilə sirlərini açıb yaymağa ehtiyac var.
Belə bərəkətli vaxtdan təkid və israrla istifadə etməyin ən düz və vacib
məqsədi incədən-incəni seçməyi bacaran böyük adamların buyruğunu rəhbər
tutaraq bu sözü az, lakin mənası çox olan risaləni öyrənib təcrübə qazanmaq-
dır və aşağıdakı beytin mənası da burada deyildiyi kimidir.
1
Əlyazmada şeir ərəb dilindədir.
2 “
Davudun nəğməsi” adətən çox incə avaza, təranəyə deyilir.
3
Əsatirə görə Həzrət Süleyman (ə) böyük mülk sahibi olmuşdur.