72
Səkkizinci isfahanək:
İsfahandan kimsə necə baş çıxarsın?
Yolunu Neyrizə və Nişaburəkə tutdu.
Ay xoşavaz, Neyrizə keçəndə
Nəğməni həm zildə, həm bəmdə oxu.
Zili Xavəranda və Zirkeşdə gör,
Ruhu oynatmaq üçün əvvəl bəmdə oxu.
Əgər yolunu Nişabura doğru salsan,
Onun əslindən də, fər’indən də agah olmalısan.
Zili Neyrizi-kəbirdəndir,
Bəm üçünsə İsfahanək əvəzolunmazdır.
Doqquzuncu əraqdır:
İşrət artıran Əraq gah Ruyi-əraqla,
Gah da Məğlubla müşayiət olunur.
Görüş zamanı məğlub olanda
Başını sevgilinin ayağına qoy.
Onun zili Sipəhr ilə Əraqdır,
Hicaz ilə Əraq isə bəmidir.
Müxalif üzünü göstərənlə yumşaq davransan,
O da sənə yaxşılıq edər.
Ruyi-əraq Ovcda yer alar,
Hicaz Məxariclə aşağı enər.
Onuncu zəngulədir:
Qəvval nəğməsinin içində Zəngulədən sonra
Çahargahla Üzzal eyni vaxtda görsənər.
Çahargah sənin canındakıları oxuyanda
Mənalar hər tərəfdən üzlərini göstərər.
Üzzal qəzal yerişi ilə gəlsə,
Onun gözünün guşəsində fala bax.
Zil canı göylərə qaldırar,
Bəmdə Rəkəblə Novruzdan aşağı düş.
Can və ruh yüksəkliyi ürəyəyatan işdir,
Sonra düş aşağı, çünki Mahuri-kəbir gəldi.