6
musiqi istilahları lüğətində bu mənbəyə dəfələrlə istinad edilir
1
.
Azərbaycan
alimlərindən isə professor Zemfira Səfərovanın Azərbaycan musiqisinə həsr
olunmuş kitabında ona geniş yer ayrılmış və şərh verilmişdir
2
.
Hal-hazırda əsə-
rin ayrı-ayrı nüsxələri müxtəlif adlar altında İranın bir neçə dövlət kitabxana-
sında və şəxsi kolleksiyalarda, Kembric, Sankt-Peterburq, Stokholm və digər
şəhərlərin əlyazma xəzinələrində saxlanılmaqdadır. Maraqlıdır ki, bu risalə
hələ keçən əsrin birinci yarısında Qahirədə Avropa şərqşünasları Farmer və
de Borqomalenin tərcüməsi əsasında çap olunmuş və beləliklə, ilk dəfə müa-
sir kitab halında yazıldığı fars dilində deyil, ingilis dilində işıq üzü görmüşdür.
Hazırkı nəşr Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun xəzinəsində M-448 (əvvəlki A-1197) şifri altında
saxlanılan əlyazmanın əsasında hazırlanmışdır. Mətn nəstəliq xəttilə səliqəsiz
şəkildə köçürülmüşdür. Katibin özünün onun zəhmətinə irad tutanların savab
iş görməyəcəkləri barədə xəbərdarlıq verməsinə baxmayaraq, biz əlyazmada
orfoqrafik səhvlərə yol verildiyini, bəzi cümlələrin yarımçıq halda, bir neçə
musiqi alətinin rəsmləri üçün ayrılmış yerin isə tamamilə boş qaldığını, eyni
sözün müxtəlif yerlərdə fərqli şəkildə yazıldığını və digər qüsurların olduğunu
ədalət xatirinə qeyd etməyə bilməzdik. Əlyazmanın anlaşılmayan və ya boş
buraxılmış hissələri tərcümə mətnində üç nöqtə ilə əvəzlənmiş, heyrətamiz, adi
məntiqlə bir araya sığışmayan yerlərdə isə sual işarəsi qoyulmuşdur.
Kitab, əvvəlində yazıldığı kimi, on babdan, müqəddimədən (bu da sual
doğuran məqamlardan biridir, çünki müəllifin fikrincə müqəddimə adət etdi-
yimiz yerdə, yəni əsərin əvvəlində deyil, sonda yerləşdirilməli idi) və xatimə-
dən ibarətdir. Lakin əslində əsərdəki ən axırıncı bab altıncıdır, qalanları isə ya
nömrələnməmiş, ya da fəsil adı ilə təqdim olunmuşdur. Onu da qeyd etməliyik
ki, bu cür uyğunsuzluqlarla qəribəliklər risalədə həddindən artıq çoxdur və
onlardan biri də orta əsr yazılarında kitabın əsas hissəsinin başlanğıcını bil-
dirən və adətən yeganə halda olan “əmma bə’d”in hazırkı əlyazmanın 1b, 5a
və 5b səhifələrində, yəni üç yerdə göstərilməsidir. Bu da tərcümə etdiyimiz
əsərin ilkin nüsxəsinin üzərində sonradan işləndiyi və onun bir neçə mənbənin
bəzən məntiqi, bir çox hallarda isə sadə və uzlaşmayan birləşməsinin nəticəsi
olduğu anlamına gəlir.
Əsasən “Behcətür-ruh”
3
adı ilə tanınan bu kitab hal-hazırda dünyanın
müxtəlif əlyazma xəzinələrində qorunur və farsdilli əlyazma kataloqlarının
əksəriyyətində onun haqqında məlumat verilir. Lakin həmin məlumatın bəzi
hallarda üst-üstə düşmədiyini nəzərə alaraq, biz bu məsələ üzərində bir qədər
dayanmaq istərdik. Yuxarıda qeyd etdiyimiz kimi, əsər dünyada əsasən “Behcə-
1
Mehdi Setayeşgər, “Vajenameye-musiqiye-İranzəmin”. Enteşarate-Ettelaat. Tehran, 1378-81 h.ş.
2
Z. Səfərova, “Azərbaycan musiqi elmi (XIII-XX əsrlər)”. Bakı, “Elm”, 1998.
3
Behcətür-ruh – Ruhoyadan