10
4
3
1
2
Bu əlamətlər zəngulənin vaxtlarını və məsafələrini göstərir. Zəngulənin
başqa əlaməti və məsafəsi o qədərdir ki, əgər bir ağacı alıb dörd barmaq
miqdarınca qaldırıb, taxtanın üzərinə və ya başqa bir şeyin üzərinə vursaq,
əlaməti və əvəzi bir nöqtədir. Əgər yenidən yuxarı qaldırıb aşağı vursaq,
əvəzi iki nöqtədir. Üç dəfə də dörd dəfə də o cürdür. Zərb isə irəlidəki hərf
və işarələrə bölünür: əgər dörd zərb bir şeylə taxtanın üzərinə vursaq, ona
təfhimi”, iki zərb vursaq “ədədi” deyirik. Hər başlanğıcda bir əlamət lazımdır
ki, səslər üçün həm nümunə və həm də təhrikedici olsun. Yeni öyrənməyə
başlayanlar üçün anlaşıqlı olsun deyə, zərblərin qaydalarını bu cür veririk.
Bir və ya iki zərb, cütlə cüt: 2/2; 4/2; 8/2; 16/2, təklə cüt: 2/5; 4/5; 8/5; 16/5. Bu
da iki qismdən ibarətdir, biri samit
1
,
o biri natiq
2
.
Natiq samitdən əmələ gəlir.
Misal: 4/2+4/2=(4/1), 4/4; 8/3+8/3=8/6.
1
Samit – səssiz, sakit
2
Natiq – danışan