16
Onlar yaratdıqları bu sənəti təbiətin dörd ünsürünə bənzədirdilər. Belə
ki, “zir”i hərarətdə olan atəşlə, “məsna”nı rütubətdə olan və yumşaq hava ilə,
misləs”i soyuqda olan su ilə, “bəm”i isə torpaqla müqayisə edirdilər ki, bu da
yerin ağırlığı hökmündədir. Bundan əlavə deyirlər, “zir” nəğmə öd bəlğəmini,
məsna” qanı, “misləs” bəlğəmi və “bəm” isə sevdanı qüvvətləndirir. İnsanla-
rın xəstəlikləri bu dörd məzacdan kənara çıxmır. Ritmlər də insan nəbzindən
götürülmüşdür. Buna görə də hər bir həkim bu elmi mükəmməl bilməlidir.
Bu elm Davud (ə)-ın zamanında çox yayılmışdı. Zəburun
1
ayələrini xü-
susi qayda ilə elə oxuyardılar ki, bu səsin ləzzətindən ölülər dirilər, dirilər
ölüm qorxusu keçirər, vəhşi heyvanlar və quşlar şivən qoparardılar.
Ustad Əbu Nəsr Farabi
2
belə hesab edirdi ki, bir şəxsi yuxuya vermək
istəsən, yaxud yuxudan oyatmaq istəsən, güldürmək və ya ağlatmaq istəsən,
ağıllını dəli, yainki divanəni ağıllı etmək istəsən, musiqinin köməyi ilə bu
mümkündür.
Bizim keçmiş ustadlarımız hər bir şey üçün müxtəlif ahənglərdən istifadə
edərdilər. Məsələn, dua və Allahı zikr etmək üçün, qəlbləri yumşaltmaq və
gözlərdən yaş axıtmaq üçün elə ahənglərdən istifadə edərdilər ki, insanlarda
peşmançılıq və təəssüf hissi oyanar, günah işlərdən çəkinərdilər. Ordunu mü-
haribəyə həvəsləndirmək üçün elə ahənglərdən istifadə edərdilər ki, əsgərlər
daha da şücaətli olsunlar. Müsibət və hüzn üçün bir ahəng, ayrılıq, xiffət və
dərd-qəm üçün başqa bir ahəngdən istifadə edərdilər. Sevinc və şadlıq üçün,
heyvanat üçün, səfərə çıxarkən yükü daşımaq çətin olmasın deyə dəvələr
üçün, ov uğurlu olsun deyə ovçular üçün, uşaqların ağlamalarını kəsib sakit-
ləşmələri və s. məqsədlər üçün müxtəlif ahənglərdən istifadə edərdilər.
Ahəng fasiləsiz və mütənasib nəğmələrdən ibarətdir. Bu müqəddimədə
məqsəd odur ki, necə ki, insanın ruhu ləzzət və zövq alır, heyvanat da bu cür
zövq ala bilər. Bu barədə ustad Əbu Nəsr Farabi özünün 60 cildlik
3
kitabında
ətraflı məlumat vermişdir. Ondan sonra ustad Əbu Əli ibn Sina da bu barədə
öz kitablarında bəhs etmişdir. Ustad Əbdülmömin
4
də bu sahədə çox geniş
biliyə malik olmuş, “Şərəfiyyə” və “Ədvar” adlı musiqiyə dair iki kitab yaz-
mışdır. Bu kitablar böyükdən-kiçiyə hamı tərəfindən qəbul edilməkdədir.
1
Zəbur – dörd səmavi kitabdan biri. Həzrət Davud (ə)-a nazil olmuşdur.
2
Əbu Nəsr əl-Farabi (870-950) – böyük İslam ensiklopedik alimi və filosofu, musiqiyə dair bir
çox əsərlərin müəllifi.
3
Əbu Nəsr əl-Farabinin musiqiyə dair bir çox əsəri vardır. Burada, yəqin ki, onun musiqiyə dair
Kitabəl-musiqa əl-kəbir” adlı məşhur kitabından söhbət gedir. Cild dedikdə isə, kitabdakı fəsil
və ya bölmələr nəzərdə tutulur.
4
Səfiyəddin Urməvi (1216-1294) nəzərdə tutulur.