17
BIRINCI FƏSIL
Musiqi elminin əsasları haqqında
Bil ki, nəğmə elə bir avazdır
1
ki, bəzən səsin ağırlıq və şiddətindən mü-
layim təbiətli olanlarda müəyyən bir həddə kimi ləngiyir. Heç bir nəğməyə
başqa bir nəğmə ilə müqayisə etmədən ağır demək olmaz. Ona görə ki, nəğmə
simin yarısından eşidiləndə, o biri nəğmə ilə müqayisədə şiddətli və ağır olar.
Mütləq simdən gələndə isə simin dörddə birindən gələn səsə nisbətən ağır
olar.
Hikmət sahibləri buyurmuşlar ki, dünyada olan bütün avazlar musiqidir.
Məsələn, daşlardan çıxan səs də musiqidir. Belə olduqda vəhşi heyvanların,
quşların səsini də musiqi hesab etmək lazım gəlir. Beləliklə, musiqi bir neçə
münasib nəğmədən təşkil olunmuş və müəyyən vaxtda xüsusi ritm və üsulla
ifa olunan qanunlardan ibarətdir.
Nəğmələrin tərifi deyildi. Amma bu tərifi ümumun icrasına aid etmək ol-
maz. Çünki heyvanların avazı saf səsdir, quşların avazı bir az safdır. Ona görə
də daşlardan çıxan səsləri birinci üsulla bu elmdən saymaq olmaz. Lakin qeyd
olunan avazlardan dörd müxtəlif nəğmə yaratmaq olar. Mülayim təbiətli olsa,
o avaz pərdədən xali olmaz. Bu elmlə məşğul olmaq istəyənlərin taleləri həm
də bu elmin mənsub olduğu planetlə münasib gəlməlidir. Səs tembri uyğun
olan, təbiəti mülayim və saf olanlar bu elmə yiyələnə bilərlər.
1
Avaz – səs