24
ÜÇÜNCÜ FƏSIL
Pərdələr
1
haqqında
Musiqi elminin əsası on iki pərdədən və “avazə” adlanan altı şöbədən
ibarətdir. Qalanı tərkiblərdir. Musiqi bölmələri bu on iki pərdə və altı şöbə-
dən kənara çıxmır. Pərdələrin adları bunlardır: Üşşaq, Nəva, Busəlik, Rast,
Hüseyni, Rəhavi, Hicazi, Zəngulə, Əraq, İsfəhan, Zirəfkənd, Büzürg.
Üşşaq birinci dairədir, Nəva on dördüncü
2
.
Qalan dövrlər biri digəri ilə
mütənafir” olar və ola bilər ki, həmin səslərdən yaratsınlar.
Həmçinin ustadlar 84 dairə müəyyən ediblər ki, bunlardan bəziləri mü-
layim
3
,
bəziləri isə mütənafirdir. Uyuşmayanların uyğunsuzluqları zahir ola
da bilər, olmaya da bilər. Onların uyğunsuzluğu zahir olmayanda, o dairənin
nəğmələrinin nöqsanlı olmasına səbəb olar. Mülayim olduqda isə, ədədlərin
nisbəti nəğmələrin ədədlərindən az olmaz.
Qədimmusiqiçilər pərdələri Rastdan başlayıblar. Bəziləri isə Zəngulədən
hesab ediblər. İsfahanı “Müxalif”, Kuçiki “Müxalifək” və Büzürgi “Müxali-
fi-Rast” adlandırıblar. Lakin arada olan bu ixtilaf sözdən başqa bir şey deyil.
Bütün pərdələr dörd nəğmədən az və səkkiz nəğmədən çox olmaz. Lakin son
dövrün musiqiçiləri dörd pərdəyə – Əraq, İsfəhan, Zirəfkəndi-Kuçik və Büzürgə
daha bir nəğmə əlavə ediblər. Bu, gözəl yeniliklərdəndir. Qalanı səkkiz nəğmədir
və dörddən az olmaz. Səbəbi budur ki, birinci nəğməni odla, ikincisini hava ilə,
üçüncüsünü su ilə, dördüncüsünü isə torpaqla müqayisə ediblər. Daha sonra bi-
rinci nəğməni nöqtə ilə, ikincisini xətlə, üçüncüsünü səthlə, dördüncüsünü cismlə
müqayisə ediblər. Bu da ona görədir ki, dörd nəğmə təbiətin dörd ünsürünə uy-
ğun gəlir. Ustadların üç nəğmədə fikirləri üst-üstə düşür.
1
Pərdə – muğam
2
Mətndə Üşşaq və Nəvadan başqa digərlərinin hansı dairədə olması qeyd olunmamışdır.
3
Mülayim – həmahəng