25
DÖRDÜNCÜ FƏSIL
Avazlar
1
haqqında
Bunlara şöbə də deyirlər: 1) Güvəşt; 2) Gərdaniyə; 3) Novruzmayə; 4)
Səlmək; 5) Şəhnaz; 6) Kürdayinə (?). Bunların hər ikisi İsfahandan çıxıb.
Səlmək Zəngulədəndir, Novruz Hüseynidəndir. Bu avazəni (şöbəni) on iki
pərdədən çıxarıblar. Pərdə və şöbənin arasındakı fərq ondan ibarətdir ki, hər
avazənin ifa müddəti dörd nəğmədən az və ya çox olmamalıdır. Lakin tərkib-
lərin dörd nəğmədən artıq çoxalma imkanları var. Mühəyyər, Nəhüft, Hicaz
və Kürdayinə (?) və s. kimi şöbələrin adları arasında olan ixtilaf bir istilahın
müxtəlif cür işlədilməsi səbəbindən olmuşdur. Mənada isə ixtilaf yoxdur. Bu
altı avazə 360 avazənin
2
arasından seçilmişdir.
BEŞINCI FƏSIL
Pərdələrin bürclərə nisbət verilməsi haqqında
Qədim hükəmaların
3
bəziləri başlanğıcı Rastdan hesab ediblər. Müa-
sir musiqiçilər isə Üşşaqdan biliblər. Bizim zəmanəmizdə sonuncuların fikri
daha münasibdir. Ondan ötrü ki, hər qərinənin müxtəlif zamanları var. Qədim
hükəmaların bu hökmü daha yaxşı bilmələrinə baxmayaraq, müasir hükəma-
ların fikri bizim üçün daha münasibdir. Bu səbəbdən biz keçmiş və müasir
hükəmaların fikirləri əsasında iki dairə
4
çəkdik ki, daha anlaşıqlı olsun. Ən
yaxşısını Allah bilir.
1
Avaz – səs, mahnı, melodiya
2
Avazə – klassik Şərq musiqisində bir ildə olan günlərin sayına əsasən yaradılmış melodiyalar
toplusu nəzərdə tutulur.
3
Hükəmaların – hikmət sahiblərinin
4
Bax: dairələr, səh. 26