29
deyilər. Əgər mənzil Dügahda edilsə, Rəkb deyilər. Əgər mənzil Mayədə edil-
sə, Mayəyə qarışmış Çahargah adlanar. Əgər mənzil Hicazidə edilsə, Hica-
ziyə qarışmış Çahargah deyilər. Əgər Rastın beşinci nəğməsindən başlayıb
Rastda mənzil edilsə, Pəncgah adlanar. Əgər mənzil Üşşaqda edilsə, Təbrizi
deyilər. Əgər Rastın səkkizinci nəğməsindən götürüb mənzil Rastda edilsə,
Gərdaniyə adlanar. Onun məcmusu Çahargahda olar. Əgər nəğmənin əvvə-
li Gərdanidən başlasa və Üşşaqda mənzil edilsə, azərbaycanlılar və iraqlılar
ona Pəhləvi deyərlər. Əgər Büzürgdə mənzil edilsə, Səlmək deyərlər. Əgər
Zabulda mənzil edilsə, Zabulla qarışıq Çahargah adlanar. Əgər Nəvanın əv-
vəlinci nəğməsindən başlayaraq Novruza güzər edib Dügahda mənzil edilsə,
Hüseyni adlanar. Əgər Rəhavidə mənzil edilsə, Rəhaviyə qarışıq Hüseyni de-
yilər. Əgər mənzil İsfahanda edilsə, İsfahanla qarışıq Hüseyni adlanar. Əgər
Zəngulənin əsasından götürülsə, Rəhavi olar. Əgər Rəhavinin əvvəlinci nəğ-
məsindən başlayıb Hicazidə dayanaraq yenə də Rəhavinin əvvəlində mənzil
edilsə, Zəngulə olar. Əgər Zəngulədən başlayıb Rəhavidə mənzil edilsə, Hü-
mayun deyilər. Əgər Kuçikdən dörd nəğmə ifa edib bir başqa nəğmə ilə Nə-
vada mənzil edilsə, Mayə adlanar. Əgər Segahın əvvəlinci nəğməsini götürüb
Əraqa gedilsə və yenə də Segahın əvvəlinə qayıdılsa, Güvəşt deyilər. Əgər
Əraqın əvvəlinci nəğməsindən başlayıb Hicaza gedilsə, Müxalifəkdən keçib
yenə ona qayıdıb Əraqda mənzil edilsə, Əraq, əgər Hicazidə mənzil edilsə,
Üzzal adlanar. Əgər Təbrizi Mayəyə gətirilsə, İsfahan olar. Əgər Müxalifə-
kin əvvəlinci nəğməsindən götürüb Həsara yaxınlaşıb yenə Müxalifdə mənzil
edilsə, Müxalifək deyilər. Əgər Həsardan başlayıb Müxalifdə mənzil edilsə,
Həsar deyilər. Müxalif arası kəsilmədən ifa edilsə, Şəhnaz deyilər. Gərdaniyə,
Çahargah, Şəhnaz və Müxalifəkdə olduğu kimi əgər Hicazinin dörd nəğmə-
sinə bir dənə də əlavə edilsə, Üzzal deyilər. Əgər daha üç nəğmə artırılsa
Nəhüft, dörd nəğmə də əlavə edilsə, Nəhüft deyilər. Nəhüftün məcmusu Nov-
ruzun və Hicazinin dörd nəğməsidir. Əgər Nəhüftün əvvəlinci nəğməsindən
götürüb Hüseyniyə keçilsə və Novruzda mənzil edilsə, Mühəyyər deyilər.
Novruz onların ikisindən ibarətdir. Dörd nəğmə uca səsdə və dörd nəğmə
aşağı (bas) səsdə. Əgər Müxalifəkdən götürüb, Hicaza güzər edib Əraqda
mənzil edilsə, Büzürg adlanar. Tərkiblərin sonu yoxdur ki, müəllif yazsın,
öyrənmək istəyənlər öyrənə bilsinlər.