30
SƏKKIZINCI FƏSIL
Üsul
1
ritmlərinin öyrənilməsi haqqında
Ərəblərin bu sənət əhlindən olan məşhur şəxsiyyətlərinin fikrincə, zərb-
lərin (ritm) dövrələri altıdır: birinci səqil, ikinci səqil, xəfif-səqil, rəməl, xəfif,
məzəh (?). Bu barədə çox danışmaq olar. Amma bir-iki kəlmə kifayət edər.
Səqilin dövrəsi iyirmi dörd zərbdir. Xəfif ritminin dövrəsi on altı zərbdir.
Rəməl ritminin dövrəsi on bir zərbdir. Türki zərb ritminin dövrəsi altı zərb-
dir. Faxtəzərb ritminin dövrəsi beş zərbdir. Ritmin daxil olma tərtibi üçdür:
məəl-üsul”, “qəbləl-üsul”, “bə`dəl-üsul”.
DOQQUZUNCU FƏSIL
Hər bir şəxs üçün hansı zərbin vurulmasının
lazım olması haqqında
Bu, bir zərb, iki zərb və üç zərbdən ibarətdir. Yaşlı adamların qarşısında
bir zərb vurulmalıdır. Ona görə ki, onların zamanları keçmişdir. Gənclərin
qarşısında iki zərb vurulmalıdır, çünki onların iki zərbləri var. Bu da orta
olmalıdır, səqillə xəfif arasında. Uşaqların qarşısında üç zərb vurulmalıdır,
çünki onlar üç zərbi sevərlər. Zərblə üsulun (ritm) arasında fərq odur ki, o
bəzən yubanır. Əbu Əli Sina buyurmuşdur: Nəbzdə musiqi təbiəti mövcud-
dur. Belə ki, musiqi sənəti nəğmələrlə bütövləşir. Onların arasındakı nisbət
ritmlərin ağırlıq və şiddətlərinin zamanı miqdarıncadır ki, bunlar nəqəratın
2
içərisində həll olur. Nəbz də sevdiyi zamanlara nisbətən, sürət və ardıcıllığına
nisbətən ritmdir. Onun halının qüvvət və zəiflik miqdarının nisbəti yazılmış
nisbətdədir.
1
Üsul – klassik Şərq musiqisində on yeddi əsas ahəng
2
Nəqəratın – notların