31
ONUNCU FƏSIL
Pərdələri çoxaldıb yumşaltmaq haqqında
Əgər Rastın pərdəsi çoxaldılarsa, Üşşaq olar. Əgər Üşşaq çoxaldılarsa,
Kuçik olar. Zirəfkəndi-kuçik çoxaldılarsa, Zirəfkəndi-Büzürg olar. Zirəfkən-
di-Büzürg çoxaldılarsa Mayə, yumşaq götürülərsə, Nəva olar. Əgər Nəva
yumşaq tutulsa, Hüseyni olar. Hüseyni yumşaldılarsa Hicazi olar. Təbrizi
Mayə tutularsa, İsfahan olar. İsfahan yumşaq tutulsa, Hicazi olar. Əgər yum-
şaq Hicazi tutulsa, Zəngulə olar. Nəhavəndin əsli tutulsa, Busəlik olar. Hələ-
lik on iki muğamın ifası bu minvalladır.
ON BIRINCI FƏSIL
Çalğı alətlərinin öyrənilməsi haqqında
Çalğı alətlərinin anası uddur. Musiqi elmini bilmək udu bilməkdən asılı-
dır. Udu bir dinar olaraq götürüblər. Səbəbi odur ki, bu elmdə tələb olunan
udda hasil olar və tələb olunan tam və kamil olar. Hesab əhli
1
6
rəqəmini tam
ədəd hesab edirlər. Bu da bir dinardır. 6-dan başqa heç bir ədədə kamil və
tam demək olmaz. Məsələn, 6 birdir, 2 onun 1/3-dir və 3 onun yarısıdır. Bu
6-
nın məcmusudur. 6-dan başqa istənilən ədəd olsa, onun səhihi götürülsə ya
artıq olar, ya naqis. Dəf və zəmr
2
İraq nayından
3
ibarətdir. Bu sənətin əhli tam
olmayan başqa çalğı alətlərinin qarşısında bir dinar götürmüşlər.
1
Hesab əhli – riyaziyyatçılar
2
Zəmr – nəfəsli musiqi aləti neyin bir növü
3
Nay – nəfəsli musiqi aləti neyin bir növü