32
ON IKINCI FƏSIL
Pərdələrdə ifa etməyin münasib vaxtda olmasının
öyrənilməsi haqqında
Ustadlar bu barədə çoxlu fikirlər söyləmişlər. Onlardan bəzilərinin fik-
rincə, münasib saat o vaxtdır ki, həmin saatda olan planetin vaxtında o pərdə
ifa edilsin. Buna riayət etmək vacibdir. Bu pərdələrin əksəriyyəti hərarətin
və şücaətin əmələ gəlməsinə səbəb olduğundan elə bir gündə ifa olunmalıdır
ki, o günlə münasib gəlsin. Tərtibləri gecə ifa etmək lazımdır ki, ona münasib
olsun. Belə zikr edirlər ki, məsələn, günəş çıxdıqda Hicazi pərdəsini, səhər
vaxtı Əraq pərdəsini, əgər günün yarısıdırsa, iki namazın arasında Zirəfkən-
di-kuçik, o biri namazda Busəlik, Günəş saraldıqda Üşşaq, şam namazında
Zəngulə, xüftən
1
namazında İsfahan, gecənin iki dangında (1/6-də) Zirəf-
kənd, gecə yarı və sübh Rəhavi, hava işıqlananda Hüseyni ifa etmək müna-
sib olar. Beləliklə, insana şadlıq bəxş edən, onu şücaətli edən avazələr gərək
gündüz ifa olunsun. Yuxu gətirən, tərtibli avazələr isə gərək gecə ifa olunsun.
ON ÜÇÜNCÜ FƏSIL
Hər zümrə üçün hansı pərdənin münasib
olması haqqında
Müasir ustadların fikrincə, sultanların və məliklərin qarşısında Hüseyni,
şeyxlərin, kəndlilərin, kürdlərin, guşənişinlərin qarşısında İsfəhan və Zirəfkən-
di-kuçik, vəzirlərin, əyan-əşrəfin, üləma və qazıların qarşısında Əraq və Zirəf-
kəndi-Büzürg, əmirərin, türklərin, hərbçilərin qarşısında Üşşaq və Zəngulə,
xatunların, mütrüblərin və saqqalsızların qarşısında Nəva və Hicazi, mühəndis-
lərin, tələbələrin və qələm əhlinin qarşısında Busəlik və Rəhavi, avamların qar-
şısında isə bu on iki pərdədən kənara çıxmayan hər bir avazəni ifa etmək olar.
Əgər müxtəlif avazlar işlətmək istənilsə, gərək o pərdəyə münasib olan avazədən
istifadə edilsin. Yazılanlar nəzərə alınmalı və onun şərtlərinə riayət olunmalıdır.
Qədim ustad və hükəmaların fikrincə isə, məliklərin və sultanların qarşı-
sında Büzürg, şeyxlərin, kəndlilərin, kürdlərin və qazilərin qarşısında Hüseyni
və Rəhavi, əmirlərin, türklərin və hərbçilərin qarşısında Rast və Üşşaq, xatun-
ların və mütrüblərin Busəlik, tələbələrin, mühəndis və qələm əhlinin qarşısında
Əraq və Hicazi, avam insanların qarşısında Zirəfkəndi-kuçik və münasib olan
bütün avazları ifa etmək olar.
1
Xüftən – yatmaq