34
ON BEŞINCI FƏSIL
Pərdələrin yeddi iqlimə nisbət verilməsi haqqında
Hər bir şəhər və ayrı-ayrı iqlimlərin (ölkə, bölgə, şəhər) özünə münasib
avazə və pərdələri qəbul edilmişdir. Birinci iqlim: Sərəndib, Sumənat, Hind
okeanının sahilləri, Həbəş, Zəngibar, Sən`a, Ədən və Omandır. Müasir ustad-
ların fikrincə, bu iqlimlərin sakinləri üçün Zirəfkəndi-kuçik və İsfahan daha
münasib olar. Amma qədim ustadlar Zənguləni münasib görmüşlər. İkinci iq-
lim: Məkkə, Mədinə, Taif, Yəmamə, Qətif, Hisar, Çin və Hürmüzdən ibarət-
dir. Bu iqlimin sakinləri üçün Hüseyni daha münasibdir. Amma müasir us-
tadların fikrincə, Zirəfkəndi-büzürg daha münasibdir. Üçüncü iqlim: Beytül-
müqəddəs, Qəstin, Əqlan, Qənaziyyə, Təbəriyyə, Trablus, Dəməşq, Qirvan,
İskəndəriyyə, Misir, Dəmyat, Əskər, Əhvaz, Kufə, Bağdad, Bəsrə, Firuza-
bad, Şiraz, Yəzd, İsfahan, Şəhrəzur, Ton, Təbəs, Gilək, Miya, Sərcan, Məgi-
nabad, Mədinə, Ərgənc, Multan. Bu iqlimin sakinləri üçün Busəlik, Rəhavi
daha münasibdir. Bu müasirlərin fikridir. Qədim ustadların fikrincə isə, Əraq
və Hicazi daha münasibdir. Dördüncü iqlim: Malatya, Əntakiyə, Əlib, Tər-
sus, Bəəlbək, Azərbaycan, Həran, Rəqə, Nardin, İanə, Mosul, Ərdəbil, Sən-
car, Ərcis, Səlmas, Xoy, Mərənd, Naxçıvan, Təbriz, Mərağə, Ədcan, Siyah-
kuh, Həlvan, Şəhrud, Nəhavənd, Sultaniyyə, Əbhər, Həmədan, Kərx, Savə,
Qəzvin, Abə, Qum, Kaşan, Rey, Xarəzm, Ələmut, Taliqan, Dilman, Amül,
Sari, Əstərabad, Səmnan, Damğan, Bistam, Səbzəvar, Əsfərayin, Nişabur,
Tus, Tərşiz, Ton, Herat, Sərxəs, Faryab, Bəlx, Qubadyan, Bədəxşan, Kəşmir.
Bu iqlimin sakinləri üçün Əraq, Zirəfkəndi-büzürg münasibdir. Amma qədim
ustadların fikrincə, Hüseyni və Rəhavi münasibdir. Beşinci iqlim: Rumiyye-
yi-kübra, Makedonya, Əmudiyyə, Konya, Qeysəriyyə, Sivas, Ərzənərrum,
Səmat, Əflat, Alan, Muğan, Bərdə, Səmkur, Məhmudabad, Beyləqan, Bakı,
Şirvan, Şamaxı, Rus, Xarəzm, Gürganc, Dəran, Buxara, Səmərqənd, Nəsəf,
Kiş, Xocənd. Müasirlərin fikrincə, bu iqlimlərin sakinləri üçün Nəva və Hi-
cazi daha münasibdir. Qədim ustadların fikrincə isə, Busəlik və İsfahan mü-
nasibdir. Altıncı iqlim: Qəstəntiniyyə, Alan, Bolğar, Təraz, Kaşğar, Əlmani,
Cənalığ, Bişbaliğ, Qəraqırım, bu iqlimlərin sakinləri üçün Rast münasibdir.
Amma qədim ustadların fikrinə görə isə, Zirəfkənd
1
.
1
Yeddinci iqlim verilməmişdir