Fars dilindən tərcümə edən və şərhlərin müəllifi:
Hacı Mustafa MAİLOĞLU
Redaktor:
Möhsün NAĞISOYLU,
filologiya elmləri doktoru
Elmi məsləhətçi:
Paşa KƏRİMOV,
filologiya elmləri doktoru
Risalə dər musiqi” adlı risalə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda A-232 şifri altında saxlanılan məcmuənin 16a-19b
səhifələrindədir. Naməlum müəllif tərəfindən yazılan risalə musiqidən bəhs edir. Risalənin
təxminən XVI əsrin əvvəllərində yazıldığı güman edilir.