39
Bismillahir-rəhmanir-rəhim
Bil ki, Məsih
1
darüşşəfasının
2
müğənniləri dövrləri
3
12
bürclə qarşılaşdı-
raraq tərtib etmişlər. Heyət
4
,
fəlsəfə, tibb, nücum və başqa elmlər kimi fələkin
12
bürcü ilə qarşılaşdıraraq on iki hissəyə bölmüş, onlara nisbət verərək 12
muğam adını qoymuşlar. Kainat yeddi planetlə və ulduzlarla zinətlənib nur-
landığı kimi 12 muğamı da yeddi qismə bölərək zinət vermiş və onu yeddi
avazə”
5
adlandırmışlar. Planetlər və ulduzlar varlıq aləminin əsasını təşkil
edirlər. Təbiətdə olan dörd ünsür isə onun budaq və şöbələridir. Buna görə
dövrlərin tərkiblərini dörd yerə bölüb təbiətin dörd ünsürünə nisbət veriblər
və onu dörd şöbə ilə möhkəmləndiriblər. Dövrlərin qalan tərkib və şöbələri
bu dörd ünsürdən əmələ gəlmişdir.
Bil ki, musiqi elminin 12 muğamı 12 bürcə, 7 avazəsi yeddi planetə, 24
şöbəsi isə 24 saata, yəni bir gecə-gündüzə nisbət verilərək tərtib edilmişdir.
Bil ki, kainatın əsası fələklərdən, ulduzlardan və dörd ünsürdən ibarət-
dir. Bunlar da öz növbəsində 24 saatla birləşirlər. 12 muğam, 7 avazə və 24
şöbənin tərtibi və onlara verilən adlar bunlardır: Üşşaq, Rast, Busəlik, Kuçik,
Əraq, Büzürg, Zəngulə, Hicazi, Hüseyni, Rəhavi, İsfəhan, Nəva. 7 avazəyə
verilən adlar: Güvəşt, Səlmək, Novruz, Şəhnaz, Mayə, Gərdaniyə və Həsar.
24
şöbənin mənsubiyyəti və 7 avazənin hansı muğamdan olması haqqında
Bil ki, Rast və Hüseyni bürcündən Gərdaniyə yaranır, Hüseyni və Rəha-
vi tərkibindən Güvəşt, Zəngulə və Hicazidən Novruz, Büzürg və Busəlikdən
Şəhnaz, Nəvadan Mayə, Üşşaq və Əraqdan Səlmək.
24
şöbənin tərkiblərinə verilən adlar bunlardır: Bəstə-nigar, Bəsteyi-İs-
fahan, İsfəhanək, Zirkeş-Xavəran Zirkeş-Əşiranla işlənir. Müxalif, Hicaz,
Rahətül-ərvah Nəvayi-Əşiranla, Əraq Mayeyi-Segahla, Üşşaq, Mayeyi-Əraq
Mübərriqə ilə, Novruz Nəvayi-Əşiran və Əraqla, Novruz Zirəfkəni-Büzürg
və Nişaburəklə həmahəng və uyğun gəlir. Novruzi-ƏcəmGərdaniyə ilə uyğun
gəlir. Busəlik, Hüseyni Əraqla, Sipehri-Hüseyni, Əcəm Əraqla həmahəng gə-
lir. Hümayun, Nəhüft, Həsarək, Büzürg, Hicaz və Əcəm biri digəri ilə uyğun
gəlir.
1
Məsih – İsa peyğəmbər
2
Darüşşəfasının – xəstəxanasının
3
Dövrləri – dairələri, muğamları
4
Heyət – astronomiya
5
Avazə – avaz, ton