41
ki, Dügahdan başlansın və Muyədə qərar tutulsun. Sərəndaz (?) budur ki,
Çahargah, Büzürg, Hicazi, Muyə, Pəncgah, Rəhavi, Nəhüft, Üzzal birlikdə
ifa olunsun.
Zərb nədir və hər zərbdən hansı zərblərin
yaranması haqqında
Bil ki, zərbin əsası Səqildir. Ondan üç başqa zərb əmələ gəlir. Bərəfşa-
ni-türki, Zərbi-simai, Faxtəzərb, Sərəndaz, Çəharzərb, Buxari və Məri. Səbil
əsas zərblərdən olub, ondan doqquz başqa zərb hasil olur: Zili-Qeysər, Zi-
li-təvil, Çəharzərb, Şəddi-müxəmməs, Xəfif, Zərbçəhar, Zərbi-səqil.
Bil ki, ustadlar musiqini üç hissədən ibarət olaraq müəyyənləşdiriblər
və hər birinə bir ad qoyublar. Birincisi “Qəbləl-üsul”, ikincisi “Məəl-üsul”,
üçüncüsü “Bə`dəl-üsul”.
Şeir:
Əvvəl zərb vurular, məqamın ədədi səkkiz alınar,
Çəharşənbə, düşənbə rast məqamının üzərində olar.
Dörd şöbəyə qədər Hüseyni məqamında olar,
Dügahdan daha yuxarı gələr.
Mühəyyərlə Rast məqamı əzab-əziyyətlə əldə edilmiş xəzinədir,
Vacib qaydalar Pəncgahdadır, Hicazini bir ağac hesab et.
Segah və Həsarı da o ağacdan bil.
Əraq şadlığı artırar, gah məğlub olar, gah qalib.
Elə ki, tar Üşşaq pərdəsini tutdu, yarısını Zabilə, yarısını Övcə atdı,
Büzürg gəlib “fəthəki” sazladı, Humayun və Nəhüft o iki
pərdədə Kuçik məqamındadırlar.
Və bir-birinin ardınca gələrlər, arxalarında boş yer olmaz,
Nəva və Busəlik tar pərdəsindən Əşiran və Səbayə səs verdilər.
İsfahan hər bir kəsi agah etdi, Novruzu eşidən dərindən ah çəkdi,
Zəngulədən hamıya nəsib oldu, Çahargaha hamı ümid bağladı.
Novruza Rəhavi oldu ərəb adı,
Novruzi-Əcəm ürəklərdən aramı apardı,
Əsli bir olan iki Mərrix yerə endilər,
İndi gərək bunlar aşkar olsunlar...