45
Bismillahir-rəhmanir-rəhim
Dünyanın şahənşahı, dinin himayədarı,
Yəqin sahiblərinin yolgöstərəni və qibləsi,
İranın səmasındakı günəşin eyni,
Əliyyi-İmranın tutduğu doğru yolun davamçısı,
Mustafa çəmənində cavan ağac,
Şah Sultan Hüseyn Səfəvidən
Bütün sözlərim eyş-işrətdəndir,
Bütün sözlərim kef ilə ləzzətdəndir.
Hər bir nəğmənin haradan əmələ gəlməsini öyrənmək üçün
qulamların ən kiçiyi Əmirxanın bu münasib vaxtda
yazdığı risalə
Dünyanın şahənşahından fərman gələndə
1
Səltənətin mərkəzi İsfahan idi.
Dünyanın şahənşahı sultan Hüseyn şahın
Fərmanına Allahın lütfü ilə rəva verildi.
O, şah olacaq, dünya qaldıqca,
Ay, günəş, yer və göy olduqca.
O, həmişə yağılara qalib gələcək,
Düşmənin kökünü yerdən çıxardacaq.
Öz qulamlarına əmr verdi ki,
Tənburdan, neydən, bərbətdən və uddan
Bir-bir nəğmələr ortaya gətirəcəyəm
Və xalqı bunlar barədə məlumatlandıracağam.
Mən ən kiçik bəndələrdən biriyəm və
Bunları onun bəndələrinin ərzinə çatdırıram.
Ay cism ilə can, altı avaz olub,
Sən avazı nəğmələrin anası kimi tanı.
Hər birindən iki muğam üzə çıxır,
İstər-istəməz on iki muğam nəğməsi əmələ gəlir.
İndi hər birinin balası kim olduğunu deyəcəyəm ki,
Alimlərə hər şey aydın olsun.
Gərdaniyyə Rastın avazıdır,
Üşşaq isə onun havasından həzz alır.
1
Burada və bundan sonra şeirlərin sətri tərcüməsi verilmişdir.