48
Bunu mən ustadımdan belə öyrəndim.
İndi isə ustadımdan aldıqlarımın hamısını
Bu fənn əhlinə sayacam.
Bu fənnin dörd əsas ünsürü var.
Kimdə bu varsa, onun işi düz olar.
Əgər insanda o dörddən biri yoxdursa,
Bilsəydi, ovqatı təlx olardı.
Xalq arasında işləyən aşağıdakı qaydaları
Bu fənn əhlinə bilmək vacibdir.
Biri mövzuniyyət
1
,
digəri üsuldur,
Bu ikisindən hər birinə de qəbul.
Üçüncüsü səslərin ahəngidir,
Dördüncüsü hafizədir, bu da əsasın əslidir.
Adət etdiyimiz işlər çoxdur.
Əsası zəhmətdir, qalanları onun qol-budaqlarıdır.
Əsəri öyrənmək istəyən hər kəs
Onun istilahllarını bilməlidir.
Təsnifin söylənməsi ümumi işlərdəndir,
Onların hərəsi ayrılıqda bir əsərdir.
Deyək ki, onları bir-birindən ayırdıq,
İndi də hərənin yolunu dərd-qəmsiz öyrən.
Kari-əməl söylənişin bir surətidir.
Onları bilmək hamıya vacibdir.
Təsnif ümumi ad olsa da,
Bəzilər üçün xüsusi hala düşər.
Təranədə adlar da dəyişər,
Bir bəhanə axtarıb onları öyrən.
Bəzilərə dostlarımız rixtə deyərlər.
Bunlar qəm içində olanlardır.
Bir başqaları saqi, türki və müğənnidir,
Onların heç birinin mənimlə işi yoxdur.
Hamısının əlamətlərini bir-bir deyəcəyəm
[
Bu misra əlyazmada naqisdir]
Nəqaratı tərənnümlə oxuyarlar,
Onun yolunu xidmətinizə gətirmək istəyirəm.
Nəqaratı der-der-der-sər kimi gələr,
1
Mövzuniyyət – ritm