58
ON BEŞINCI BAB
Çalğıçıların və bu fənn sahiblərinin ədəb qaydaları
və özlərini nə cür aparmalı olduqları haqqında
Çalğıçı, xanəndə və bu fənn sahibi təmiz paltar geyinməli, özünə xoşqoxulu
ətir vurmalı və həmişə təharətli olmalı, adamların qarşısında pərişanlığını göstər-
məməli, başqasının evində əlini, könlünü və gözünü ona aid olmayan şeylərdən
çəkindirməlidir. O, yad adamlarla bir yerdə oturanda ətrafdakıların gözlərinə nə
qədər az çarpsa, bir o qədər yaxşı olar. Bundan başqa o, bütün günü nəsə öyrən-
məyə çalışmalı və adamlara bir fayda verməyə adətkərdə olmalıdır. Əgər otur-
duğu məclisdə qan tökülsə, oradan çıxıb gedən kimi gördüklərini unutmalıdır.
Böyüklərin məclislərinə gedəndə divan işlərinə qarışmamalı, öz işində bir şeyin
təkrar-təkrar oxunmasına yol verməməlidir ki, adamların qulaqlarında xoşagə-
limliyi ilə yadda qalsın və bir nəğməni iki-üç dəfədən artıq oxumasın, onda həm
nəğmə həmin adamların qulaqlarına tez yol tapar, həm də onlar bu nəğmədən
tez doyarlar. Əgər bu fənnin sahibi nəğmə oxuyan və söz söyləyəndirsə, çox
yeməyə can atmamalı və cima ilə az məşğul olmalıdır. O, tez-tez acqarına piyada
gəzməli, ağır daşlar qaldırmalı və kaman çəkməyə güc verməlidir. O, həmçinin
qırtlağı saflaşdırmaq üçün “İshaq” adını və “heyyə əlassəlah”ı oxumalı, saz ilə sö-
zün
1
qədrini yaxşı bilməli, üsuldan kənara çıxmamalı və dünya əhli ilə ünsiyyət
yaratmağı bacarmalıdır. Bu işin şərtləri çoxdur, lakin biz ixtisar xatirinə bununla
kifayətlənmiş olduq.
Musiqi alətlərinin adları: ud, kamança, surna, nayi-tənbur və şədərğu.
Qalanları naqisdirlər və naqis o mənadadır ki, bu alətdən çıxan səslər heç
nəyə yaramır. Naqis, yəni nöqsanlı alətlərin adları: musiqar, tuluq zurnası,
türk sitarı, balaban, tütək, saz, rübab, udça, ərğənun, bərbət
2
,
simi-tusi və
kingirə
3
.
Musiqi elminə dair risalə 1204-cü ildə
4
tamamlanmışdır.
1
Mətndə “söz” kəlməsi məhz türk dilində yazılıb.
2
Bərbət – saza bənzər simli musiqi aləti
3
Kingirə (kinkilə, kengerə) – əsasən Hindistanda yayılmış ikisimli musiqi aləti
4
Miladi təqvimi ilə 1789-cu il.