Fars dilindən tərcümə edən və şərhlərin müəllifi:
Hacı Rauf ŞEYXZAMANLI
Məsləhətçilər:
Ramiz ZÖHRABOV,
Əməkdar İncəsənət Xadimi, professor
Canəli ƏKBƏROV,
Xalq Artisti, professor
Risaleyi-musiqi” Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda Б-3951 şifri altında saxlanılan əlyazmanın əsasında nəşrə
hazırlanmışdır. Naməlum katib tərəfindən miladi təqvimi ilə 1891-ci ildə köçürülmüş risalə
musiqidən bəhs edir.
Əsər giriş və on iki bab şəklində tərtib edilmişdir. Birinci babda muğamın necə yaranmasından
bəhs olunur, sonrakı hissələrdə isə musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair qısa şəkildə
maraqlı və dəyərli məlumatlar verilir. Risalədə, həmçinin keçmişin məşhur alim və şairlərinin, o
cümlədən Xacə Əbdülqadir Marağayinin, Hafiz Şirazinin, Şeyx Fəxrəddin İraqinin, Nəcməddin
Kövkəbinin yaradıcılığından geniş istifadə olunmuş, onların əsərlərindən iqtibaslar gətirilmişdir.