65
amma hicazın nəğməsində ixtilaf var və hicaz türklərin xanəndəlik etdikləri-
nin əslidir. Onların dedikləri hicaz neyrizdir və bəziləri ona zirəfkəni deyərlər
və o da elədir, çünki zirəfkəni dartmaq (qazmaq, qırmaq) mənasındadır və
o da kuçikdən dartılır. Beləliklə, kuçik əsldir, zirəfkəni isə onun qolu. Bir
başqaları hüseyniyə zirkeş deyərlər, amma bu belə deyil, çünki zirkeş hüsey-
ninin zilindən qalxır və nəvanın yumşaqlığından. Beləliklə, zirkeş ayrıdır, hü-
seyni isə ayrı. Həm də bəziləri deyərlər ki, zəngulə büzürgün yumşaqlığından
qalxır və onu müxtəlif rənglərin arasında eşidərsən.