66
İKINCI BAB
İyirmi dörd şöbənin peyda olması haqqında
Bil ki, keçmişin ustadları hər muğamdan iki şöbə almışdılar: birisi bə-
mindən, başqası isə zilindən. Şöbə adlarının tərtibi belədir: birinci – dügah,
ikinci – segah, üçüncü – çargah
1
,
dördüncü – pəncgah, beşinci – nişaburək,
altıncı – neyriz, yeddinci – üzzal, səkkizinci – nəhoft, doqquzuncu – hüma-
yun, onuncu – bayatı, on birinci – novruz, on ikinci – səba, on üçüncü – əcəm,
on dördüncü – əşiran, on beşinci – mühəyyər, on altıncı – rəkəb, on yeddinci
ruyi, on səkkizinci – əraq, on doqquzuncu – mübərriqə, iyirminci – mahur,
iyirmi birinci – hisar, iyirmi ikinci – məğlub, iyirmi üçüncü – ovc, iyirmi dör-
düncü – zavali-novruzi-ərəb.
Nəzm:
Dügah
2
iç, ay gülüzlü saqi, vüsal anıdır.
Bunların hər üçü segahda
3
olar misilsiz bir eyş:
Dügahın şuru
4
,
Segahın və Çargahın keyfi.
Pəncgah müyəssər olanda hal da xoş olar.
Mütrib, Nişaburək ahəngində bir mahnı oxu ki,
Neyriz və Üzzal nəğməsi yadımıza düşsün.
Nəhoft
5
nəfəs ilə Hümayun camını çək başına.
Bayatı oxu ki, qeylü qalın dəlilidir.
Novruz yola çıxdı, Səba
6
Əcəmdən açıldı.
Şuru könlünə sal, Əşirandan rəng al.
Mühəyyər yolunu niyə Rəkəbin arxasınca oxumursan?
Ruyunu
7
aç xoş xasiyyətli Əraq yarının.
Şux Mübərriqəyəm, niyə Mahur nəğmə oxudu?
Çəkdiyim ah-nalə vüsal yolunda qara Hisar
8
saldı.
Məğlub düşmənin qəmini görüb Ovc-Ovc
9
oxu,
Od saç ki, onun bəxt ulduzu Zavala uğrasın.
1
Çargah – Çahargah
2
Dügah – iki vaxtda, səhər-axşam
3
Segahda – üç yerdə
4
Şuru – burada: eşqi
5
Nəhoft – gizli
6
Səba – yüngül meh
7
Ruy (ru) – üz, çöhrə
8
Hisar – hasar
9
Ovc-Ovc – zildə