68
DÖRDÜNCÜ BAB
On iki muğamdan iyirmi dörd şöbənin
alınması haqqında
Bil ki, bu ruhoxşayan fənnin mahir ustadları hər muğamdan iki gözəl
şöbə almışlar: birisi bəmindən, başqası isə zilindən. Bunların tərtibi belədir:
rastdan – mübərriqə və pəncgah, isfahandan – nişabur və neyriz, kuçikdən –
rəkəb və bayatı, büzürgdən – hümayun və nəhoft, hicazdan – segah və hisar,
busəlikdən – əşiran və novruzi-səba, əraqdan – məğlub və ruyi-əraq, üşşaq-
dan – zaval və ovc, nəvadan – novruzxara və mahur, hüseynidən – dügah və
mühəyyər, zəngulədən – çargah və üzzal, rəhavidən – novruzi-ərəb və novru-
zi-əcəm. Bu barədə mənzumə:
Saqi, badə gətir ki, bustan fəsli gəlib.
Mütrib, oxu ki, dünyada ürək arzusuna çataq.
Bu kef məclisimizdə indi saz ilə ərğənun xoşdur.
Badəni ərğəvan
1
kimi qırmızı meylə doldur.
Müğənnilər köyündə bu şeiri diqqətlə dinlə.
Sənə incə mənalı bir söz deyim ki, bütün bədənə yayılsın.
Bil ki, şöbələr muğamlardan əmələ gəlib.
Zəmanənin içində necə əxz etdi o işbilən
Hər birinin zilindən və bəmindən iki şöbəni.
Nəğmə oxuyan söz ustası öz ahəngilə
Rastdan Pəncgah ilə Mübərriqəni aldı.
İsfahandan – ürəyə yatan Neyriz ilə Nişaburu,
Kuçikdən – Rəkəb ilə Bayatını və Büzürgdən
Nəhoft gəldi və Hümayun aşkar oldu.
Ondan sonra Segah və Hisar yolunu saldı Hicazdan.
Busəlikdən Əşiran belə tapıldı.
Novruz da Əşiran kimi Busəlikdəndir.
Məğlub ilə Ruyi-Əraq Əraqdan zahir oldular.
Ondan sonra istəkli Üşşaqdan – Zaval ilə Ovc.
Mahur – Nəvadan, Zəminxara da ondan.
Daha sonra Dügah ilə Mühəyyər Hüseynidəndir.
Bil ki, Üzzal ilə Çargah Zəngulədəndirlər.
Novruz ki, onun biri Ərəbdir, digəri – Əcəm,
Həqiqətən Rəhavidən nişan aldılar.
1
Ərğəvan – qırmızı gül