69
BEŞINCI BAB
On iki muğamdan altı avazənin alınması haqqında
Gərdaniyyəni – rastın sərtliyindən və üşşaqın yumşaqlığından, səlməki
–
zəngulənin sərtliyindən və isfahanın yumşaqlığından, novruzu – busəlikin
sərtliyindən və hüseyninin yumşaqlığından, şahnazı – rəhavinin sərtliyindən
və büzürgün yumşaqlığından, mavərannəhri – kuçikin sərtliyindən və hicazın
yumşaqlığından, güvəşti – nəvanın sərtliyindən və əraqın yumşaqlığından bu
tərtiblə əldə ediblər. Bu barədə mənzumə:
Saqi, bizə saf meydən ver.
Nazım mənim canıma və sizin canınıza.
Qalx ayağa, ləlvari şərabı süz badəyə,
Məstlər məclisində gəl bizi sevindir.
Aydın avazla bir mahnı oxu
Mənim tər-təzə və ruhlandırıcı şeirlərimdən.
Dünya hamısı heç, dünyanın işi heç.
Heçdən ötrü heçə meyl göstərmə.
Pərdəni gözdən bir anlığa çək.
Bütün aləmdə tanınmış müğənni haraya getdi?
Nəğmə oxuyan Barbəd
1
harada qaldı?
Bilirsənmi, Fityaqoris
2
haraya getdi?
Nahid
3
haraya getdi və Xosrov haraya?
Zinhar, bu səraçəyə
4
bənd olma.
Zinhar, bu fani dünyaya gözünü dikmə.
Barmaqlarını çəngə vur, eyş-işrətə bat.
Əlini dəfinə vur, ay rəna ətirli nigar,
Ki məst olub sənə bir yol göstərim
Və sən sirlərə bələd olasan.
Avazələr altı dənədir, hərənin öz yeri var.
Muğamlardan belə ayrılıblar.
Mütrib, udu səsləndir ki, kefimiz açılsın.
Səfa yolunda udu canlandır.
Mən bir-bir dürüst qayda ilə deyim ki,
Onların oxunması sənə məlum olsun.
1
İran hökmdarı Xosrov Pərvizin sarayında fəaliyyət göstərmiş məşhur musiqiçinin adıdır.
2
Qədim yunan alimi Pifaqor
3
Zöhrə planeti, ona həmçinin “fələyin mütribəsi” də deyərdilər.
4
Kiçik saray, məskən