72
Bu fəndə mahir və kamil olan hər kəs,
Bu elmdə hamıdan bilikli olan hər kəs,
Hamısı kef məclisində cəm oldular
Və bir-birilə əhd bağladılar ki,
Hər biri ixtira etdiyi fənnindən
Təzə bir bəhri ortaya qoysun.
Sonra hamı öz fənninə bir ad verdi.
Qulaq as, bu saat sənə hər birini söyləyəcəyəm.
Müstərəh, Ovf, Dübəryek, Türki,
Zərbi-müxəmməs ki, aləmdə doqquzun onudur.
Müğənni, ayağa qalx və fərəhləndirici səslə oxu,
Bəlkə fələk də çaşıb dayandı.
Bu nəzmim cahanda eyş-işrəti artırar,
Çünki mənim şeirlərim qəmi bu dünyadan qovar.
Xümmi-qədirdən badələri dalbadal gətir ki,
Tərcümə edilmiş mədhdən ürəyim məst olsun.
İncilər dünyasında ərəb şahına mədhlər oxuyum,
Əcəm dilində Əlini vəsf edim.
Rahat həyatın bəndəsi o xilqətə baxdı ki,
Dostlar eşidib özləri ilə fəxr etsinlər,
Düşmənlər isə həm lal, həm kar olsunlar.
Mən nə qədər yaşasam, ona mədhlər oxuyacağam,
İşlərimlə, şeirlərimlə onun düşmənlərini ifşa edəcəyəm.
Tanrının şiri adını daşıyan o Əsədüllah
Bir gündə tülküləri ram etdi.
Hünərli Heydərdir ki, Allahın əli olmuşdu.
Onun əlindən şir də qaçmaz.
Nəbidən başqa ona tay olan yoxdur.
Kimdir onun kimi bu dünyada nəfəs çəkən?
Əjdərdir, Xeybərin qəhrəmanıdır, ürəklidir,
Qalalar fatehidir, əmiri-mükərrəmdir.
Peyğəmbərin əsil və bilavasitə vəsisidir
1
.
O, həm də Əhmədi-Muxtarın əmisi oğludur.
Bəşəriyyətin qapısı, zəfər çalan əmirdir.
Fatimənin zövcü və məhrəm yarıdır.
Namus və ar sahibi, əzəmət mənbəyidir.
Ən böyük əmir və ən kəramətli hökmdardır.
Onun əyri qılıncı düz yol açır.
1
Vəsi – vəsiyyəti yerinə yetirən