74
DOQQUZUNCU BAB
Daha beş bəhrin artırılması haqqında
Bil ki, Xacə Kəmaləddin Əbdülqadir daha beş bəhri ixtira etmiş və həmin
bəhrlər bunlardır: birinci – zərbülfəth, ikinci – dövri-şahi, üçüncü – şahnamə,
dördüncü – daireyi-qəməriyyə, beşinci – xaçək. Amma Xacədən sonra da döv-
ri-rəva, düçənbər, türki, fər’ və sairə kimi bir çox üsul meydana gəlmiş və bu
sahədə işlər görülmüşdür. Amma üsulun on yeddi əsl bəhri var və onların şərhi
yuxarıda verilmişdir. Bu mövzuda daha iki külliyyat mövcuddur: biri Xacə Kə-
maləddin Əbdülqadirin külliyyatının davamı, bir başqası isə Mövlana Hüseyn
Vaizin
1
ixtirası. Belə buyurublar ki, külliyyat asan olmalıdır ki, hər istəyən onu
yadda saxlaya bilsin. Bu fəqirin tələsinə düşmüş qəzzal
2
Şeyx Fəxrəddin Mövla-
na İraqinin
3
(
ə.r.) qəzəllərinə bir müraciətdir.
Şeir:
Eşq dər pərde minəvazəd tar.
Aşeqi ku ke beşnəvəd avaz?
Hər zəman nəğmeye-digər sazəd,
Hər zəman zəxme konəd avaz...
Tərcüməsi:
Tarın pərdəsindən eşq səsi gəlir.
Avazı eşidən aşiq hanı?
Hər zaman başqa bir nəğmə yaradır,
Hər zaman mizrab bir avazla çalır.
Onun sirri dünyadan kənar düşdü.
O səsi qoruyan kim olacaq?
Sən onun sirrini onun dilindən dinlə,
Çünki mən söz gəzdirən deyiləm.
Eşq aləmi qarışdıran elə bir məşşatədir ki,
Həqiqəti kinayə ilə söyləyər.
Bu külliyyatı fəqir dübəryek üsulu ilə qoşmuşam ki, asan olsun.
1
Kəmaləddin ləqəbli Hüseyn bin Əli Səbzvari Vaiz – XVI əsrdə yaşamış ilahiyyatçı, münəccim,
ədəbiyyatşünas və riyaziyyatçı. “Bədaye’ül-əfkar fi səna’ətil-əş’ar” adlı əsərin müəllifidir.
2
Qəzzal – ceyran balası
3
Şeyx Fəxrəddin İraqi (1213-1289) – alim və sufi şairi, “Kitabi-ləmə’at” əsəri və “Üşşaqnamə”
məsnəvisilə məşhurdur.