76
ON IKINCI BAB
Onun haqqındadır ki:
hər bir ahəngi oxuyanda gərdaniyyəni, neyrizi, isfahanəki, isfahanı, sipəhri,
səlməki və nişaburəki seyr edərlər və bu, xoşa gələn olar. Əgər pəncgah oxu-
salar, rud ilə hümayunu seyr edərlər və bu da xoş olar. Əgər rast və çargah
oxusalar, zənguləni, üzzalı, nəhoftu və hümayunu seyr edərlər. Hər tayfanın
qarşısında ayrı bir ahənglə oxumaq lazımdır. Dərvişlərin qarşısında rəhavi,
zəngulə və novruzi-ərəb oxusan, xoşa gələr. Elm talibləri qarşısında əraq,
nişaburək və segah oxuyarlar. Əmirlərin qarşısında hicaz, novruzi-əcəm və
novruz oxuyarlar. Ondan başqa, hər bir yerdə də ayrı ahənglə oxumaq lazım-
dır. Məsələn, Xorasanda rast və hicaz oxuyarlar, Mavərannəhrdə – hüseyni
və kuçik, Əraqda, İsfahanda və Ərəbşahda – rəhavi, hümayun və zəngulə,
Rumda – üşşaq və nəva, Hindistanda isə büzürg ilə busəlik oxuyarlar. Səma-
da da hər kəs ayrı bir növdə oxuyar. Ağdərili adamlar qarşısında səqil oxu-
yarlar, qarabuğdayi adamlar üçün isə vəsət. Bu barədə deyilmiş söz çoxdur,
amma biz həmin sözləri ixsisara saldıq. On iki ad isə bu tərtiblə gəlir.
Nəzm:
Üşşaq
1
məclisində, ay xoşavazlı mütrib,
Allahın xətrinə Nəvanı binəvalara
2
göstər.
Ay Şirazın yaxşı adamları, biz sizin Kuçikinizik
3
,
Bəzən İsfahan pərdəsində nəğmə qoşarsınız.
Əldən düşmüş kəs Hüseynidən heyrətə gəlir.
Busəlik könül alan gözəllərlə gəzməkdədir.
Məndən bir söz dinlə, bəlkə Rast
4
oldu.
Bülbül Rəhavinin nurundan ilhama gəlir.
Əraq yolunu tut və dərdi ürəyindən at.
Hicaza tərəf tələs ki, cananın vəslinə yetişəsən.
1
Üşşaq – aşiqlər
2
Binəva – yazıq, zavallı
3
Kuçik – kiçik
4
Rast – düz