77
Həmin mövzuda başqa bir mənzumə:
Zəngulə qəlbimiz tək daim nalə çəkir,
Çünki Büzürg bizimlədir bədəndəki can kimi.
Məsnəvi:
Sən, ay mütrib, Şahnaz ahəngini oxudun,
Eyşin qapısını bizim üzümüzə açdın.
Novruz məhəbbətim ürəyimdən əskilməz,
Dostu könüldən ayırmaq müşkül işdir.
Əgər Səlməkin səsinin ləzzətini bilsən,
Bir daha Müxalif səslə oxumazsan.
Mayə məni qəmin caynağından qurtarır.
Bu dünyada mənim kimi yanıb-donan kimdir?
Həmin mövzuda digər bir məsnəvi:
Muğam sayanda səkkiz gəlir və dörd.
İstər-istəməz hər muğamın iki şöbəsi var.
Hüseyni bütün muğamlardan üstündür.
Dügah Mühəyyərlə bərabər gəlir.
Rast muğamı zəhmət xəzinəsidir.
Mübərriqənin Pəncgahla olması lazımdır.
Çaldığın Üşşaq pərdəsi olsun.
Zabulda nemət var, Ovcda parıltı.
Şur dünyasında Nəva səsləndi,
Novruzxara və Mahur onun “fər’ləridir”
1
.
Hicaz bar gətirən xurma ağacıdır,
Segah ilə Hisar o ağacın meyvələridir.
Kuçik muğamını bilirsənsə, bil ki,
Rəkəb ilə Bayatıda beyt oxuyursan.
Rəhavi Novruzi-ərəbə ram oldu.
Novruzi-əcəm ürəyin rahatlığını apardı.
İsfahandan kimsə necə baş çıxarsın?
Yolunu Neyrizə və Nişaburəkə tutdu.
İşrət artıran Əraq gah Ruyi-Əraqla,
Gah da Məğlubla müşayiət olunur.
Saz pərdəsindən Busəlik gələndə
1
Fər’ – qol, şöbə