Fars dilindən tərcümə edən və şərhlərin müəllifi:
Hacı Mustafa MAİLOĞLU
Redaktor:
Möhsün NAĞISOYLU,
filologiya elmləri doktoru
Elmi məsləhətçi:
Paşa KƏRİMOV,
filologiya elmləri doktoru
Böyük Azərbaycan şairi, alim, rəssam, xəttat və musiqişünası Mir Möhsün Nəvvabın (1833-1918)
müəllifi olduğu “Elmi-musiqi” adlı risalə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda B-2055 şifri altında saxlanılan məcmuənin 38a-42b
səhifələrindədir. Risalə XIX əsrin sonlarında yazılmışdır.