56
Dər məqami-əcəm
Dərdə dəva olmaz isə,
Biçarə qullər neyləsün?
Dildə səfa olmaz isə,
Biçarə qullər neyləsün?
Ey padşahi-binişan,
Günəhinə irməz əqlü can.
Heyrətdə ikən dü cəhan, ya Rəbbəna!
Biçarə qullər neyləsün?
Qul bir zəifü biməcal,
Əqli olmış ana iqal,
Səni sənsiz bulmək məhal,
Biçarə qullər neyləsün?
Canlər umar vəslə irə,
Şəmsi cəmalüni görə,
Taqətimi var əbsəm turə, ya Rəbbəna!
Biçarə qullər neyləsün?
Ey heyyü qəyyumü əhəd,
Ehsan eylə bizə bihədd.
Üşşaqə irməzsə mədəd, ya Rəbbəna,
Biçarə qullər neyləsün?
Mövlam qayirməzsə qulı,
Nuru necə bulsun yolı?
Mənzil uzak, dərgah ulu, ya Rəbbəna!
Biçarə qullər neyləsün?