59
Biçarə talib qəflətə
Ehmal edəsən taətə.
Ömrün irərsə qayətə,
Əmri qaçan tutsən gərək.
Bildünmi nəfs əhvalüni,
Toydunmı məkrü alini,
Görüb qiyamət halini,
Hər zövqi unutsən gərək.
Adət edinmə toklığı,
Vəhdətdə ol qoçaklığı,
Yoldaş edərsən yokluğı,
Dust elinə yetsən gərək.
Dər məqami-dügah
Açdum sana əllərümi,
Məhrum etmə didaründən.
Ey Allahum, qullərüni
Məhrum etmə didaründən.
Düni-güni fikirlərüm,
Çokdur sana şükürlərüm.
Gecə-gündüz zikirlərüm
Məhrum etmə didaründən.
Gidər mənlügümi bəndən,
Diləklərüm budur səndən,
Ayruk sözüm yokdur səndən,
Məhrum etmə didaründən.
Sirat köprüsinə yatub,
Cəhənnəm odinə yakub,
Yüzüm qarasinə bakub
Məhrum etmə didaründən.
Miskin Dərviş söylər sözi,
Qan yaşilə dolər gözi,
Rəhmətindən ayırma bizi,
Məhrum etmə didaründən.