100
Musiqiyə həssaslıqla yanaşan Mehriban Əliyeva ölkəmizin mötəbər musiqi yarışma-
larında iştirakı üçün əlindən gələni əsirgəmir. Azərbaycanın “Eurovision” Mahnı Müsa-
biqəsində də iştirakının təşəbbüskarı məhz o oldu. Onun dəstəyi nəticəsində ölkəmiz
2008-
ci ildən etibarən hər il Eurovision Mahnı Müsabiqəsi layihəsində müvəffəqiyyətlə
təmsil edilir. 2012-ci ildə isə biz hamımız Mehriban Əliyevanın “Eurovision-2012” Mahnı
Müsabiqəsinin uğurla keçirilməsi naminə səylərinin şahidi olduq.
Bu müsabiqə onun dünyagörüşünü, işgüzarlığını, tükənməz səbrini, müsahibini
təmkinlə dinləmək bacarığını, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyə-
tini bir daha üzə çıxardı. Çətin vəziyyətlərdə qətiyyətini, uzaqgörənliyini və iradəsini
saxlamaq məharəti ilə, analitik düşüncə tərzi ilə, yüksək intellekti və dünya mədəniyyə-
tinə bələd olması ilə ətrafındakıları heyrətləndirdi. Müsabiqənin Təşkilat Komitəsinin
sədri olması, onun layihənin icrasına birbaşa rəhbərlik etməsi tədbirlərin keçirilməsinə
və qarşıda duran bütün məsələlərin operativ həllinə imkan yaratdı.
Hamımız yaxşı anlayırdıq ki, qarşımızda çox ciddi layihə durur və ona hazırlıq –
nəhəng işdir. Hazırlıq işlərinin həyata keçirilməsinə cəmi bir il vaxtımız var idi. Bu
müddət ərzində “Eurovillage” və “Euroclub”un yaradılması, qonaqların yerləşdirilmə-
si, şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi,
təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kom-
munikasiya texnologiyaları imkanlarından geniş istifadə və digər mühüm məsələlərlə
yanaşı, Azərbaycana ilk dəfə gələcək çoxsaylı qonaqların ölkəmizi daha yaxşı tanıması,
onun tarixi və mədəniyyəti ilə tanış olması, xalqımızın mehribanlığına və qonaqpərvər-
liyinə əyani şəkildə əmin olması üçün şərait yaratmalıydıq. Təşkilat Komitəsinin bütün
iclaslarında Mehriban xanım ən xırda məqamlarla tanış olaraq ortaya çıxan problemlə-
rin düzgün istiqamətdə həllinə yol tapırdı.