105
O, bütün dünya ictimaiyyətinin diqqətinin yönəldiyi mahnı müsabiqəsinin açılış və
bağlanış mərasimləri üçün maraqlı və yaddaqalan proqramların hazırlanmasına xüsusi
diqqət yetirdi. Azərbaycanın qədim zamanlardan zəngin musiqi mədəniyyətinə malik
olmasını təcəssüm etdirən rəngarəng şou – milli musiqi alətimiz olan balabanın səsi,
muğamın xoş avazı, qədim Azərbaycan musiqi mədəniyyətinin rəmzi sayılan qavalda-
şın sədası, “Yallı” rəqsinin ritmləri tədbiri həm zaldan, həm də televiziya ekranlarından
izləyən milyonlarla tamaşaçıya bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyini
nümayiş etdirdi.
Eurovision” Mahnı Müsabiqəsi Mehriban Əliyevanın humanistliyini bizlərə bir
daha sübut etdi. 57 yaşı olan mahnı müsabiqəsinin tarixində ilk dəfə olaraq Mehriban
Əliyevanın təşəbbüsü ilə iştirakçı dövlətlərdə 9-18 yaş arası fiziki qüsuru olan məktəb-
lilər arasında “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi keçirildi və
qaliblərin Azərbaycana səfəri təşkil olundu.
Mehriban xanımın rəhbərliyi ilə ölkəmiz müsabiqəyə layiqincə ev sahibliyi etdi və
dünyanın 80-dən çox ölkəsindən gələn media nümayəndələri və qonaqlar 42 ölkə təm-
silçisinin iştirak etdiyi bu möhtəşəmmüsabiqədə Azərbaycan xalqının bəşəri dəyərlərə,
o cümlədən müxtəlif mədəniyyətlərə hörmət və ehtiramının şahidi oldular. Uğurla hə-
yata keçirilmiş mahnı müsabiqəsinin bir çox ölkələrin nümayəndələri tərəfindən bey-
nəlxalq tədbirlərin keçirilməsi üçün model olaraq qəbul edilməsi Azərbaycanın bu işin
öhdəsindən məharətlə gəlməsindən xəbər verir.