107
Ümumiyyətlə, Mehriban xanım hər bir tədbiri düşünülmüş şəkildə həyata keçirir,
onların tətbiqinə əvvəlcədən tərtib olunmuş xüsusi proqram əsasında başlayır. Keçiril-
məsi nəzərdə tutulan tədbirlərin bütün görünən və görünməyən tərəflərini yaxşı-yaxşı
öyrənir, ortaya çıxacaq problemləri dərindən təhlil edir. Musiqi proqramının tərtib edil-
məsinə, ifaların ardıcıllığının düzgün qurulmasına, nümayiş etdiriləcək eksponatların
seçiminə özü şəxsən nəzarət edir, bir çox hallarda əvvəlcədən məşqləri seyr edərək irad
və təkliflərini bildirir.
Xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilən eksponatların seçimi təkcə
bədii tərtibatın gözəlliyindən xəbər vermir. Burdakı hər bir detal, hər bir eksponat, istər
arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunəsi olsun, istər
milli musiqi alətlərimiz, istərsə də qədim xalçaçılıq nümunələrinin rəngarəng çeşidləri
olsun – hamısı incə məqsədə – Azərbaycan incəsənətinin, Azərbaycan mədəniyyətinin
dünya ictimaiyyətinə tanıdılmasına xidmət edir. Dünya ictimaiyyətinin milli xalçala-
rımızla hələ orta əsrlərdə Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri vasitəsi ilə
tanış olmasına baxmayaraq, Azərbaycan xalça ustalarının yaratdıqları kompozisiyalar
əsrlər boyu dünyada Qafqaz xalça kompozisiyası kimi tanınıb. 1967-ci ildə yaradılmış,
1972-
ci ildə isə istifadəyə verilmiş Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Mu-
zeyinin dünyada ilk xalça muzeylərindən biri olması ölkəmizdə xalçaçılığın inkişafına,
onun ayrıca sənət növü kimi tanınmasına verilən qiymətin aydın göstəricisidir. Ona
görə də xalçaçılıq ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət yetirən, yorulmaz
səyləri nəticəsində bu sənətin UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə
reprezentativ siyahısına salınmasına nail olmuş Mehriban xanımın hər bir tədbirdə
xalçaçılıq nümunələrinin nümayişinə xüsusi diqqət yetirməsi təsadüfi deyildir.