111
Eyni misalları milli musiqi alətlərimizə də şamil etmək olar. Konsert zamanı tarda,
balabanda gözəl ifanın təqdimatı tamaşaçıların zövqünü oxşamaqla yanaşı, həm də on-
lara musiqi alətlərimizi nümayiş etdirir. Dünyanın ən qədim musiqi ocaqlarından biri
olan Santa Çeçiliya Musiqi Akademiyasının muzeyinə Mehriban xanımın təşəbbüsü ilə
Azərbaycan milli musiqi alətlərinin hədiyyə edilməsi akademiyanın prezidenti Bruno
Kalyinin söylədiyi kimi, “bizim ölkəyə məxsus mədəniyyətlə İtaliyanın mədəniyyətini
birləşdirir”.
Məncə Heydər Əliyev Fondu çox işlər gö-
rür. Əvvəla o, Azərbaycanın bir ölkə kimi
formalaşması tarixini – qədim tarixini,
müasir tarixini və indiki dövrünü tanıdır.
İkincisi isə, o, Azərbaycanın müasir mədə-
niyyətini – müasir rəssamlarını, bəstəkar-
larını, musiqiçilərini tanıdır.
Mixail Şvıdkoy
Rusiya Federasiyası Prezidentinin
beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi