118
Mehriban xanım məharətlə müxtəlif sahələr arasında təmas nöqtəsini tapır. Misal
üçün, incəsənət vasitəsi ilə o, insanların, xüsusən də gənclərin diqqətini həmişə aktu-
al mövzulara, məsələn ekoloji problemlərə yönləndirməyi bacarır. “Tullantıdan sənətə”
Beynəlxalq Sərgisi, nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsə-
dilə Qız Qalası Beynəlxalq İncəsənət Festivalı çərçivəsində ceyran maketlərinin nüma-
yişi bunun bariz nümunəsidir. Yeri gəlmişkən, təbii ehtiyatlardan səmərəli istifadə və
ekoloji tarazlığın qorunması, nadir və nəsli kəsilməkdə olan qiymətli heyvan və bitki
növlərinin mühafizəsi və bərpa olunması sahəsində tədbirlərin görülməsi, beynəlxalq
təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin ge-
nişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilmə-
si Mehriban xanımın xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Yaşıllığın qorunmasına,
ağacların kəsilməsinə çox həssas yanaşır. Məhz Mehriban xanımın 2007-ci ildə irəli sür-
düyü təşəbbüs nəticəsində “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində ölkə ərazisin-
də milyonlarla ağac əkildi.
Onun təbiətə həssas münasibəti qızı Leyla tərəfindən dərindən mənimsənilmişdir.
Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq ictimai birliyinin – IDEA-nın tə-
sisçisi olan Leyla Əliyeva gənclərin bu sahədə biliklərinin artırılmasına xüsusi önəm
verir və Heydər Əliyev Fondu tərəfindənmütəmadi olaraq təşkil olunanmaarifləndirmə
tədbirlərində bilavasitə iştirak edir.