120
Mehriban xanım dünya mədəniyyəti və tarixi ilə çox maraqlanır. Ayrı-ayrı ölkələrə
səfərləri çərçivəsində tarixi yerlərlə, muzeylərlə tanışlıq zamanı həmin xalqın tarixinə
və mədəniyyətinə yaxından bələd olması insanlarda təəccüb doğurur. Vatikan Dövlə-
tinə sonuncu səfəri zamanı müqəddəs Roma katakombaları ilə tanışlığa protokolla 15
dəqiqə vaxt ayrılmışdı. Roma bədii irsinin ən gözəl nümunələri olan katakombalarla
tanışlıq üçün 15 dəqiqənin yetərli olmadığını söyləyən Mehriban xanım xristian abi-
dələri sırasında tarix və memarlıq baxımından xüsusi yer tutan bu abidələrlə tanışlığa
iki saat vaxt ayırdı.