123
Avropanın bir sıra iri şəhərlərində çoxsaylı tədbirlərin, Azərbaycan mədəniyyəti
günlərinin keçirilməsi, Azərbaycanda beynəlxalq musiqi və incəsənət festivallarının
təşkili ilə o, dünyaya ölkəmizə yeni gözlə baxmağı öyrədir.Mehriban xanımın təşəbbüsü
ilə reallaşan və artıq ölkə hüdudlarını aşan Qız Qalası Beynəlxalq İncəsənət Festivalının
keçirilməsi təkcə qədim Bakının rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdıl-
masına deyil, həm də festival çərçivəsində ölkəmizə gələn çoxsaylı insanların müasir
Azərbaycanın reallıqları ilə yaxından tanış olmasına xidmət edir.