131
Dünyanın ayrı-ayrı ölkələrində silsilə tədbirlərin təşkili incə düşünülmüş mədəni
siyasətin tərkib hissəsidir. Son iki il ərzində təkcə Fransanın 20-dən çox şəhərində, o
cümlədən bütün dünyadan turistlərin böyük axını izlənilən Kann şəhərində Azərbay-
can mədəniyyəti günləri keçirilmişdir. Azərbaycan ədəbiyyatının çoxsaylı nümunələri-
ni xarici dillərdə nəşr etməklə, xaricdə xalq sənətkarlığı nümunələrindən,Azərbaycanın
qədim xalçaçılıq sənəti nümunələrindən, milli musiqi alətlərimizdən ibarət sərgiləri,
dahi Azərbaycan şairləri Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illik yu-
bileyləri ilə bağlı silsilə tədbirləri təşkil etməklə Mehriban xanım təkcə Azərbaycan
mədəniyyətini, incəsənətini, ədəbiyyatını deyil, ümumilikdə Azərbaycan həqiqətləri-
ni beynəlxalq ictimaiyyətə çatdırmağa can atdı və buna nail oldu. İndi “Azərbaycan”
dedikdə beynəlxalq ictimaiyyət zəngin mədəni irsə və tolerantlıq ənənələrinə malik,
ümumbəşəri dəyərlərə hörmətlə yanaşan ölkədən bəhs edildiyini dəqiq bilir. İndi bütün
dünya öz tarixi abidələrinin işğal olunmuş ərazilərdə dağıntılara məruz qalmış bir ölkə-
nin Luvrun, Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, Berlin qəsrinin, Kapi-
tolini Muzeyinin “Filosoflar zalı”nın bərpasına, Afrika İrs Məktəbinin inkişafına verdiyi
töhfələri yüksək qiymətləndirir.