134
Mehriban xanım öz şəxsiyyətində və fəaliyyətində Şərq ənənələrinin, habelə Qərb
dəyərlərinin ahəngdar vəhdətinə nail ola bilmişdir. Bu isə Azərbaycan mədəniyyətinin
Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratmasının daha bir təsdiqidir.
40
Müsahi-
bələrinin birində o, xoşməramlı səfir kimi öz vəzifəsini elm, mədəniyyət, təhsil vasitəsi
ilə islam dünyasının malik olduğu imkanları üzə çıxarmaqda, Qərb və Şərqin, müxtə-
lif sivilizasiyaların bir-birinə necə maraqlı və lazımlı olmasını göstərməkdə gördüyünü
söyləmiş və fəaliyyətinin əsas istiqamətini sivilizasiyalararası dialoqun genişlənməsinə
yönəltmişdir.
Sivilizasiyalararası dialoq dövrümüzün ən çox müzakirə olunan mövzularından
biridir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada
müxtəlif dövlətlər və xalqlar arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələ-
rin qurulması, sülhün və təhlükəsizliyin birgə səylərlə qorunması bu günün ən aktual
problemlərindəndir. Mövzunun çox müzakirə olunmasına baxmayaraq, son zamanlar
ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi münaqişələr
müşahidə olunur. Təəssüf ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini
ekstremizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin
bugünkü acı gerçəkliyidir.
Mən qürur hissi ilə deyə bilərəm ki,
Azərbaycan çox yüksək tolerantlığa malik
ölkə kimi bütün dünyaya nümunə ola
bilər. Əsrlər boyu karvan yolları üstündə
yerləşən bu diyar digər millətlərin və
dinlərin nümayəndələri ilə təmas qurmağı
bacarır. Bu gün də bizim ölkədə məscid,
sinaqoq, katolik və pravoslav kilsələri
mövcuddur.Torpağımızda yaşayan hər
bir millətin təmsilçisi eyni hüquqlu
Azərbaycan vətəndaşıdır. Başqa dinə
dözümlülük və hörmət var. Elə bilirəm ki,
bunlar hamısı bütün dünya üçün mesaj ola
bilər.
Mehriban Əliyeva