136
Bugünkü reallıqlar sivilizasiyalararası dialoqun genişlənməsinə xidmət edən ortaq
mənafelərin etibarlı qorunması işinə töhfə vermək imkanlarını məhdudlaşdırır. Buna
baxmayaraq, əminliklə deyə bilərik ki, Avropa ilə Asiya arasında təbii körpü rolunu oy-
nayan Azərbaycan əsrlər boyu Şərqlə Qərbin mədəni dəyərlərini və sivilizasiyalarını ta-
rixi İpək Yolu boyunca birləşdirərək, onların qarşılıqlı zənginləşməsinə, xalqlararası di-
aloqun dərinləşməsinə, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə,
sülhün və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfələr vermiş və bu gün də
bu istiqamətdə fəal iş aparmaqdadır.
Tariximizin istənilən dövrünə nəzər saldıqda biz Azərbaycanın müxtəlif dinlərin,
mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu və bir-birini qarşılıqlı surətdə tamamladı-
ğı, həm Şərq, həm də Qərb dəyərlərini ehtiva edən bir məkan olduğunun şahidi oluruq.
Müsəlman Şərqində ilk dünyəvi teatr, ilk opera, ilk balet, ilk elmlər akademiyasının, ilk
demokratik respublikanın Azərbaycanda yaradılması da bu diyarın Qərb dəyərlərini və
Şərq ruhunu birləşdirən bir məkan olduğunu göstərir.