141
Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar təkcə onun fərqli coğrafi məkanda yer-
ləşməsi ilə deyil, həm də xalqımıza xas olan yüksək insanpərvərlik, cəmiyyətimizdə
hökm sürən milli-dini dözümlülük mühiti, ictimai-siyasi sabitlik və vətəndaş həm-
rəyliyi, etnik azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimad, bir sözlə, to-
lerantlıq ənənələrinin yaşadılması ilə bağlıdır. Bütün bu amillər cəmiyyət həyatında,
ümumiyyətlə dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda
mühüm əhəmiyyət kəsb edir. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və zi-
yarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda
ən böyük sinaqoqun inşası, vaxtilə bolşeviklər tərəfindən dağıdılmış rus pravoslav kilsə
kompleksinin əsaslı surətdə yenidən qurulması – bütün bunlar Azərbaycan gerçəkliyini
əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.