145
Tolerantlıq, dini dözümlülük, multikulturalizm, sivilizasiyalararası dialoq – bütün
bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladığı, öz fəaliyyətində xüsu-
si əhəmiyyət verdiyi məsələlərdir: “Bu gün bəşəriyyət çox mürəkkəb bir dilemma qar-
şısındadır. Bu, həm siyasi, həm də elmi müstəvidə olan problemdir. Müasir alimlərin
bir qismi sivilizasiyaların toqquşmasından söhbət açır və bunu elmi cəhətdən əsas-
landırmağa çalışırlar. Digər mövqedə olan insanlar isə hesab edirlər ki, bizim zəngin
müxtəlifliyimiz bəşəriyyətin ən böyük sərvətidir. Onlar dialoqun tərəfdarıdırlar və biz
bu insanlarla həmfikirik. Belə bir dialoqun reallaşması üçün hər bir ölkədə konkret işlər
görülməlidir”
41
.
Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən uğurla həyata keçirilən “Tolerantlı-
ğın ünvanı – Azərbaycan” layihəsinin təşəbbüskarı məhz Mehriban Əliyeva oldu. Layihə
çərçivəsində məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparıldı. Bakıda yə-
hudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, rus icmasının kompakt ya-
şadığı ən böyük yaşayış məntəqələrindən biri olan İsmayıllı rayonun İvanovka kəndinə
daimi diqqət və qayğı, kənd xəstəxanasının avadanlıqla təchizatı tolerantlığın yeni bir
təzahürü oldu.