151
Mehriban xanım ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdir-
mək üçün demokratik şəraitin yaradıldığını, dilindən, dinindən, etnik mənsubiyyətin-
dən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının əsas insan hüquq və azadlıq-
larına malik olmasını xarici ölkələrdə təşkil olunan tədbirlərdəki çıxışlarında xüsusi
vurğulamaqla kifayətlənməyib, sivilizasiyalararası dialoqun genişləndirilməsinə xid-
mət edən layihələrin həyata keçirilməsi ideyalarını irəli sürdü: “Bakı unikal şəhərdir.
Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kil-
səsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlı-
ğı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş
etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü
təsdiq edir”
42
.
Heydər Əliyev Fondunun fəaliyyəti bir neçə
baxımdan çox vacibdir. Birincisi, o, dün-
ya mədəniyyətini Azərbaycanda tanıdır,
milli mədəniyyəti isə dünyaya təqdim edir.
İkincisi, qayğıya ehtiyacı olan insanlara
sevgi göstərir, lazımi köməyi əsirgəmir.
Üçüncüsü isə mədəniyyətlər-, sivilizasiya-
lararası dialoqun qurulmasına və bununla
da müxtəlif dəyərlərin bir araya gəlməsinə
töhfə verir. Vatikanla Heydər Əliyev Fondu
arasındakı dialoq da dini irticaya, ziddiy-
yətlərə qarşı yönəlmişdir və sülhə, dostluğa
xidmət edir.
Kardinal Canfranko Ravazi
Vatikan Dövlətinin mədəniyyət üzrə
pontifik şurasının sədri