153
Bu gün artıq bütün beynəlxalq ictimaiyyət Mehriban Əliyevanın dünya dinlərinə to-
lerant münasibətinin, müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük
kimi bəşəri dəyərlərin bərqərar olmasına verdiyi töhfələrin şahididir. Onun təşəbbüsü
ilə Fransa regionlarında kilsələrin, Vatikanda müqəddəs Roma katakombalarının bər-
pası, Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldılması məhz ayrı-ayrı
xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndi-
rilməsinə xidmət edir. Mehriban xanımın sivilizasiyaların, dünya dinlərinin əlaqələri-
ni dərinləşdirmək istiqamətində Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması qis-
mində çıxış etməsinə göstərdiyi böyük səylər öz nəticəsini verməkdədir. Ölkəmiz dünya
ictimaiyyəti tərəfindən Şərq və Qərb sivilizasiyaları arasında səmərəli dialoqun təmin
edilməsi sahəsində bir nümunə kimi qəbul edilir. Azərbaycanın multikulturalizm və
tolerantlıq ənənələrinə malik olması artıq bütün dünyanın qəbul etdiyi bir həqiqətdir.