156
Dünyanın aparıcı kütləvi informasiya vasitələrində “Azərbaycan müsəlman ölkəsi
olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir”
43
, “
Qərblə çox yax-
şı əlaqələri olan Azərbaycanda yüksək dini tolerantlıq hökm sürməkdədir”
44
, “...
Müqəd-
dəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi
müsəlman dünyasının xristian aləminin bu mühüm abidəsinə töhfəsidir”
45
və ya “O,
Azərbaycanı sivilizasiyalararası dialoqun mayakına və dini tolerantlığın mərkəzinə çe-
virib”
46
kimi cümlələrin yer aldığı məqalələrin dərc edilməsi özlüyündə Heydər Əliyev
Fondunun və şəxsən Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətinin yüksək qiy-
mətləndirilməsindən xəbər verir.
Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər beynəlxalq təşkilatların diqqətin-
dən kənarda qalmayıb; o, 2006-cı ildə sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif
sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqə-
tinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində gö-
rülən işlərə böyük dəstəyinə görə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə isə
İslamKonfransı Təşkilatı Gənclər Forumunun “Sivilizasiyalararası dialoqun qlobal miq-
yasda təşviqinə görə” mükafatına layiq görülüb.
Birinci xanımMehriban Əliyeva öz
islahatçı xarakteri ilə diqqət çəkir. O,
ölkənin problemlərini dərindən bilir,
həmçinin digər yerlərdə olan insanların
dərdlərini eşidir və onların həlli üçün bir
sıra layihələr həyata keçirir.
Əbdüləziz bin Osman
əl-Tüveycri
ISESCO-nun Baş direktoru