15
Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və
görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur.
Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta
uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər
Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki
ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu. Hər ehtima-
la qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq
protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Ru-
mıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdimvə qonaq qismində olan
Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək,
səmimiyyətlə bir ağızdan “Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbay-
canın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir”
söyləməsi çox xoş və unudulmaz təəssürat bağışladı.
Azərbaycanın birinci xanımı” ifadəsi tək Azərbaycan deyil, dünya ictimaiyyəti tərə-
findən xeyirxahlıq, humanizm, qayğıkeşlik kimi anlayışlarla bərabər qəbul edilir. İn-
giltərənin “Capital Finance International” jurnalında Mehriban xanım haqqında dərc
olunmuş məqalədə qeyd edildiyi kimi, Mehriban Əliyevanın xarici ölkələrə səfərləri za-
manı düşüncələr, insanlar və ürəklər bir araya gəlir, Şərqlə Qərb qovuşur və yaxşı əməl-
lər ortaya çıxır. Bu, təsadüfi deyil. Çünki bu gün Mehriban xanımı dünyada tanıdan əsas
amil onun sadəcə Azərbaycanın birinci xanımı olması deyil, onun bu statusun verdiyi
imkanlardan yararlanaraq bəşəriyyətə bəxş etdiyi mühüm töhfələridir.